Avropa İttifaqında iflas edən şirkətlərin sayı artır

09:08 18.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqında 2015-ci ildən bəri yaşayış və yemək xidməti sektorlarında iflasların nisbəti artıb. Aprel-iyun dövründə ləğv edilən iş yerlərinin sayı birinci rüblə müqayisədə 8 faiz artaraq son altı rübdə də artım tendensiyasını davam etdiyi bildirilir.

Hafta.az-ın “Euronews”a istinadən yazdığına görə, yeni iş yerlərinin qeydiyyatı da azalıb, lakin 2015-2022-ci illər ilə müqayisədə daha yüksək səviyyədə qalıb. İqtisadiyyatın bütün sektorlarında iflas tendensiyası müşahidə edilərkən, yüzdə 24 artımla yaşayış və yemək xidməti sektoru ən çox təsirlənən sektor olub.

Nəqliyyat və saxlama sektorlarında şirkət iflasları bu rübdə 15 faiz artarkən, təhsil, səhiyyə və sosial fəaliyyətlərdə iflas nisbəti 10 faiz yüksəlib.

İflas elan edən şirkətlərin sayı da pandemiyadan əvvəlki dövrlə müqayisədə daha çox olub. Bu vəziyyətin istisnası sənaye və tikinti sektorudur. Bu iki sektor, 2019-cu ilin dördüncü rübündə müvafiq olaraq 12 faiz və 3 faiz azalıb.

Ticarət kredit sığortası şirkəti “Allianz Trade” 2023-cü il Qlobal İflas Hesabatında dünya üzrə iflasların 21 faiz artacağını proqnozlaşdırıb.

Avropada müflis sayının təxmin edildiyi hesabatda, 2023-cü ildə Fransada illik 41 faiz artımla 59 min, İngiltərədə 16 faiz artımla 28500, Almaniyada 22 faiz artımla 17800, İtaliyada isə 24 faiz artımla 900 iflasın gözlənildiyi ifadə edilib. Hesabata əsasən 2023-cü ildə Türkiyədə də iflasların 50 faiz arta biləcəyi təxmin olunub.